Karate üzrə Azərbaycan çempionatının keçiriləcəyi vaxt açıqlandı


22-24 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclər arasında 20-ci Respublika Birinciliyi, Böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər, eləcə də para-karate üzrə çıxış edənlər idmançılar mübarizə aparacaq.
Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, 22 noyabr saat 17:00-da yarışın açılış mərasimi keçiriləcək. 21 noyabr saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı təşkil ediləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top