Goranboyda Milli Qəhrəmana medal verildi - FOTO


Goranboyda ölkə baçısının sərəncamı ilə təltif olunan hazırda ehtiyyatda olan hərbi qulluqçulara orden və medalların təqdimat mərasimi keçirilib.
Yeniavaz. com xəbər verir ki, tədbirdə veteran döyüşçülər, Qarabağ qaziləri, rayon ictimayyətinin nümayəndələri iştirak edib. Çıxış edən rayon icra hakimiyyətin başçısı Məhərrəm Quliyev goranboyluların döyüşlərdə göstərdiyi xidmətlərdən danışıb. Polkovnik Abdulla Qurbani çıxış edərək vətən uğrunda xidmət edən hər bir döyüşçüyə dövlət qayğısı olduğunu bildirib. Bugünkü tədbirdə isə Telman Orucova “Azərbaycan Bayrağı” ordeni, Milli Qəhrəman Maşallah Abdullayevə isə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalının təqdim edildiyini bildirib. Qeyd edək ki, Goranboyun 9 Milli Qəhrəmanı var. Hazırda onlardan 2 nəfəri Maşallah Abdullayev və Məhəmməd Həsənov sağdır, 7 nəfər isə dünyasını dəyişib.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top