Qoyun başı kəsdiyinə görə barəsində cinayət işi açılan azərbaycanlı DANIŞDI

Rusiyada ictimai yerdə qoyunun başını kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, əslində, milli ənənəni icra edib:

“Bizim ənənəyə görə, bəy qonaqları qoyun ətinə qonaq etməlidir, mən Rusiyadakı qaydaları bildiyim üçün, ənənəni bir az pozdum, əvvəldən kəsilməsinə baxmayaraq, qoyunu orada kəsdiyimi düşündülər”, - deyə bəyin atası hadisəyə aydınlıq gətirib.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top