Peterburqda azərbaycanlı qayınata gəlinin qarşısında qoyun kəsdi, barəsində cinayət işi açıldı - VİDEO


Rusiyada oğluna toy edəndən sonra qoyunun başını kəsən ataya qarşı cinayət işi açılıb.

Hadisə Sank-Peterburq şəhərində baş verib.

Belə ki, 45 yaşlı azərbaycanlı oğlunun toyundan sonra çoxmərtəbəli yaşayış binasının həyətində qoyunun başını kəsib. Gəlinin və bina sakinlərinin gözü qarşısında baş verən hadisənin izləyiciləri bu görüntünü sosial şəbəkələrdə yayıblar.

Puşkin Rayon Polisi hadisə ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, belə bir hadisə Rusiyanın cinayət məcəlləsinə ziddir. Qanunu pozanlar, heyvanlara qarşı qəddarlığa görə müvafiq maddə ilə cəzalandırıla bilər.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top