Son bir ildə "Xalq" və "Əməkdar" adı alanların sayı və aldıqları pul AÇIQLANDI


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 2 min 976 nəfər "Əməkdar" Fəxri adına, 257 nəfər isə "Xalq" Fəxri adına görə təqaüd alır.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir il ərzində "Əməkdar" Fəxri adı alanların sayı 150, "Xalq" Fəxri adı alanların sayı isə 40 nəfər artıb. Belə ki, ötən ilin oktyabr ayının əvvəlində Azərbaycanda 2 min 826 nəfər "Əməkdar" Fəxri adına, 217 nəfər isə "Xalq" Fəxri adına görə təqaüd alıb.
Bunlardan başqa, "Xalq" Fəxri adına görə verilən təqaüdün orta məbləği 150 manat, "Əməkdar" Fəxri adına görə verilən təqaüdün orta məbləği isə 100 manat olub və son bir ildə bu təqaüdlərin məbləğində heç bir dəyişiklik olmayıb.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top