Azad Suriya Ordusu döyüşçülərinin sayı artıb

Türkiyənin “Fərat qalxanı” əməliyyatında uğurları sayəsində müxalif Azad Suriya Ordusunun say tərkibi üç dəfə artaraq 3 min nəfərə çatıb. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azad Suriya Ordusunun komandiri Sultan Murad Şıxlı deyib. Onun sözlərinə görə, əməliyyatın başlanğıcında Azad Suriya Ordusunda döyüşçülərin sayı min nəfər idi: “Bizə İŞİD, PYD mane ola bilməz, çünki gücümüzə inanırıq. Təbii ki, bütün bunlara görə Türkiyənin dəstəyinə borcluyuq”. Komandir qeyd edib ki, terror təhlükəsinə görə Suriyadan Türkiyəyə pənah aparanlar vətənlərinə qayıdırlar. Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-də İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top