Hicran Hüseynova sakinlərlə görüşə vertolyotla getdi


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə vertolyotla gedib.
Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, H.Hüseynovanın olduğu vertolyot Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. 
Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top