Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin araşdırılması üçün komissiya yaradıb

Müsavat Partiyası Divanının iclası keçirilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, iclasda Almaniyada miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyatdan sonra Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlar müzakirə edilib. 

Müzakirələrdə qeyd olunub ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır. 

İclasda Müsavat Partiyasına irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılıb.

Sonda cari məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top