
Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib. R.Qurbanov qeyd edib ki,hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir. Şirkətin vitse-prezidenti hazırda gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini bildirib: "Baxmayaraq ki, ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, "Azəriqaz"ın sistemi qış rejiminə keçmək üzrədir". O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcmi, həm də qışa hazırlıq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır: "Ona görə əmtəəlik qaz azalıb". Onun sözlərinə görə, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb.
Report
Tətbiqimizi yükləyə bilərsiniz