Ağstafa sakini örnək davranışına görə medalla təltif olundu - FOTO


Ağstafa sakini Samir Əhmədov "30 illik yubiley" medalı ilə təltif olunub.
Bu barədə Yeniavaz.com-a Samir Əhmədovun özü məlumat verib.
Rayonun içtimai-siyasi həyatında baş verən yenilikləri, o cümlədən el şənliklərində operator kimi fəaliyyət göstərən Ağstafa sakini bu medala şəhid ailələrinə göstərdiyi qayğıya görə layiq görülüb.
Belə ki, Samir Əhmədov bir neçə gün öncə Qarabağ qazisinin övladının toy məclisinin keçirilməsi üçün kampaniya başlatmışdı.
Həmin xeyirxah işə rayonda fəaliyyət göstərən bir neçə iş adamı, musiqiçilər də qoşulmuşdu və bu təşəbbüs sakinlər tərəfindən də bəyənilmişdi. 
Əfqanıstan Veteranları İctimai birliyinin Ağstafa rayon şöbəsi tərəfindən Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 30 illik yubiley medalı ilə təltif olunmasına münasibət bildirən Samir Əhmədov bunları dedi: "Şəhid övladlarına, qazi övladlarına təmənnasız xidmət etmək hər bir Azərbaycan gəncinin mənəvi borcudur! Sağolsun bu təşəbbüsdə mənə dəstək olan həmkarlarım! Bizə ruh yüksəkliyi verən qardaşlara da öz dərin minnətdarlığımı bildirirəm".

DİGƏR XƏBƏRLƏR

Top