Dövlət Gömrük Komitəsi bu şirkəti 142 min manat cərimələdi

Dövlət Gömrük Komitəsi “Mhwirth As” qlobal qazma şirkətini cərimələyib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi 142 min 866 manat məbləğində cərimələnib.

Bu barədə qərar Xəzər rayon Məhkəməsi tərəfindən verilib.

Qərarla razılaşmayan şirkət apelyasiya şikayəti verib.

DİGƏR XƏBƏRLƏR

Top