Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə RƏİS TƏYİN ETDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.

O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən təsdiq edilib. 

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top