Gürcüstanda vəziyyət necədir?


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası bərpa olunub.
Dinc aksiyada ictimai fəallarla yanaşı, müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.
Etirazçılar parlament binasının önündəki Rustaveli prospektinə qızınmaq üçün dəmir çəlləklər və odun gətiriblər.
Təşkilatçılar aksiyanın 24 saat rejimində keçiriləcəyini bildiriblər.
Qeyd edək ki, Tbilisidə etirazlara ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsi səbəb olub. (report)

DİGƏR XƏBƏRLƏR

Top