Ronaldo 2 il futboldan kənarlaşdırıla bilər - SƏBƏB


Kriştiano Ronaldonun “Milan”la oyunun 55-ci dəqiqəsində baş məşqçi Sarrinin əvəzləməsi ilə meydandan çıxaraq bir başa stadionu tərk etməsi “Yuventus”un portuqaliyalı ulduzuna baha başa gələ bilər.
Yeniavaz.com
xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo matçın sonuna 3 dəqiqə qalmış stadiondan ayrılması anti-dopinq qaydalarına zidd olduğuna görə, cəza olaraq 2 il futboldan kənarlaşdırıla bilər.
Qeyd edək ki, Ronaldo oyundan çıxanda Sarriyə söyüş söyüb. Bu davranışına görə ona klub tərəfindən pul cəzası verilməyəcəyi bildirilir.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top