Bakının bu rayonunda içməli su kəsiləcək

Bu gün Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 12 noyabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə ASC-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top