Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib


Almaniyada sığınacaq istəkləri qəbul edilməyən Davudovlar ailəsi Azərbaycana deportasiya edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Leqat” inteqrasiya mərkəzi məlumat yayıb. Bildirilir ki,Almaniya qaçqınlarla və sərhədlərin mühafizəsi ilə bağlı siyasətini sərtləşdirməkdə davam edir. Eyni zamanda ölkədə qanunsuz yaşayan miqrantların və müraciətinə rədd cavabı verilən sığınacaq axtaran şəxslərin deportasiyası da davam edir.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin səlahiyyətliləri Azərbaycandakı vəziyyətin sabit olduğunu və vətəndaşların həyatı üçün təhlükə olmadığını əsas gətirirlər.
Mətbuatda Almaniyadan deportasiya olunmuş Davudovlar ailəsinin fotosu paylaşılıb.
Davudovlar Almaniyaya 2015-ci ildə gəliblər. İmran və Ülviyyə Davudovların işləməsi, uşaqların isə gimnaziyada təhsil almaları da onlara kömək etməyib.
Davudovların deportasiyası Bayreut İnzibati Məhkəməsinin qərarı ilə həyata keçirilib.
Məlumatda qeyd olunur ki, Almaniyadan Azərbaycana 2018-2019-cu illərdə deportasiya xeyli sürətlənib. Bu ilin axırına kimi deportasiya halların daha da çox olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top