38 yaşlı türk əsilli şəxs Almaniyada bələdiyyə sədri seçildi


Almaniyanın Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverdə keçirilən bələdiyyə seçkilərini Belit Onay adlı türk qazanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, B. Onay Yaşıllar Partiyasından qoşulduğu bələdiyyə seçkilərinin 27 oktyabrda keçirilən birinci mərhələsindən də qalib ayrılmışdı.
Mətbuata verdiyi açıqlamada Almaniyanın kiçik bələdiyyələrinə türklərin rəhbərlik etdiyini bildirən B. Onay, ilk dəfə belə böyük yaşayış məntəqəsinə Yaşıllar Partiyasından bir namizədin rəhbərlik edəcəyini qeyd edib.
Qeyd edək ki, B. Onay 1981-ci ildə Almaniyada dünyaya gəlsə də, ata və anası Türkiyənin İstanbul şəhərindən buraya köç edib. 2011-ci ildə Yaşıllar Partiyasından bələdiyyə məclisinə üzv seçilən Onay, 2013-cü ildə Yaşıllar Partiyası tərəfindən əyalət millət vəkilliyinə namizəd göstərilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top