Məşhur baş redaktorun ölkədən çıxışına qadağa qoyulub - FOTO


“Xural”ın baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub.

Yeniavaz.com-un məlumatına görə, bu barədə Əvəz Zeynallı özü sosial mediada paylaşım edib.

Baş redaktor qeyd edib ki, o, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyirmiş, ancaq onu sərhəd-keçid məntəqəsində saxlayıblar və ölkə xaricinə buraxmayıblar.

Ə.Zeynallı daha sonra yazıb: “2011-ci ildə məni şərləyib həbs etdirəndən sonra mənə qarşı saxta cərimələr də elan etdilər. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma Vergilər Nazirliyi məndən əl çəkmədi. Məhkəmə hakimləri ilə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Prezident əfv etdiyi adamdan Vergilər Nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?”.

DİGƏR XƏBƏRLƏR

Top