Bayraq günündə kəndin giriş qapılarını bayram libasına bürüyən azərbaycanlı - FOTO/VİDEO


Mingəçevir şəhərinin Tərəvəzçilik yaşayış massivi ərazisində yaşayan sadə kəndli Qoşqar Bahadurbəyli beş ildir ki, Dövlət Bayrağı Gününü özünəməxsus tərzdə kənd əhli üçün əsl coşquya çevirir.

Yeniavaz.com xəbər verir ki, yaşadığı kənd ərazisinin giriş qapılarını şəxsi təşəbüsü ilə boyayır, bəzəyir və qapı üzərində Dövlət Bayrağını dalğalandırır.

Bununla da kifayətlənmir. O azyaşlıların bədii kompozisiyasını hazırlayıb  nəqliyyat yolu üzərində təqdim etmələrinə yardımçı olur. Bu addımı atmaqla kənd əhalisi ilə yanaşı yoldan ötən sürücülər və sərnişinlər arasında milli bayrağa sevgi  hissləri aşılamağa çalışır. Həm də bu proseslər kənd əhalisinin fəal şəkildə iştirakı və canlı musiqinin müşayəti altında gerçəkləşir.

Bu anlarda “Yaşasın Azərbaycan”, “Yaşasın Azərbaycan Bayrağı” nidaları ətrafa səs salır.
Q. Bahadurbəyli bu vətənpərvər təşəbbüsü ümummilli vəzifə hesab edir. Özünün təbirincə desək hər dəfə bəzədiyi qapılar üzərinə qalxıb Dövlət Bayrağını dalğalandırarkən özünü dünyanın bəxtəvəri sayır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top