Bakıda qaz xəttinə çırpılan avtomobil yandı


Gecə saat bir radələrində Bakının Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb.

Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub. 

DİGƏR XƏBƏRLƏR

Top