Siqaretin yeni zərəri aşkarlandı – Şizofreniyaya səbəb olur


İngiltərəli alimlər uzun illər siqaret çəkən şəxslərdə depresiya və şizofreniya kimi qorxulu xəstəliklərin ortaya çıxdığını aşkarlayıblar.
Yeniavaz.com cambridge.org-a istinadla xəbər verir ki, yeni aparılan araşdırmada uzun müddət siqaret çəkən şəxslərdə şizofreniya xəstəliyinin əlamətlərinin ortaya çıxdığı öyrənilib. Yeni təcrübədə 1 milyondan çox insan iştirak edib. Alimlər bu nəticənin bir neçə il öncə aparılan araşdırmalarda ortaya çıxmadığını, lakin müasir texniki avadanlıqlarla siqaretdən istifadənin şizofreniya səbəbi olduğunu sübut etdiklərini bildiriblər.
Qeyd edək ki, şizofreniya düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlığın da daxil olduğu yanılmalardır. İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top