Mingəçevirdə avtomobil 55 yaşlı qadını vurub

Mingəçevir şəhərində qəza ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində 1964-cü il təvəllüdlü şəhər sakini Osmanova Müşgünaz Ələsgər qızı yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə 55 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı onun sol ayağının sındığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top