17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək heyəti açıqlanıb. Baş məşqçi Vüqar Məmməd Rumıniyada keçiriləcək 6-cı qrupun oyunlarında 18 futbolçunun xidmətindən yararlanacaq. Onlardan 7-si "Qəbələ"dən çağırılıb, 6-sı isə legionerdir.
| AD, SOYAD | KLUB |
| Məhəmməd Can Tuncer | Altınordu (İzmir, Türkiyə) |
| Nicat Mehbalıyev | İnter |
| Şahan Akyüz | Altınordu (İzmir, Türkiyə) |
| İzzət Muştaqov | Qəbələ |
| Fərid Nadirov | Qəbələ |
| Rüstəm Nuruyev | Qəbələ |
| Onur Taha Takır | Altınordu (İzmir, Türkiyə) |
| Şakir Seyidov | Vətən |
| Vüsal Mustafayev | Qəbələ |
| İdris İnqilablı | Qəbələ |
| Mutlu Aksu Doğan | Altınordu (İzmir, Türkiyə) |
| Turan Vəlizadə | Fənərbaxça SK (İstanbul, Türkiyə) |
| Fərid Mahmudov | Neftçi |
| Məhəmməd Abbaslı | Qəbələ |
| Tahir Zeynalov | Vətən |
| Murad Mahmudov | RB Leipzig (Almaniya) |
| Xəqani Sadıxov | Qarabağ |
| Kamran Quliyev | Qəbələ |
Qeyd edək ki, ilk görüş oktyabrın 25-də İngiltərə, iki gün sonra Avstriya, oktyabrın 30-da isə Rumıniyaya qarşı olacaq. Oyunlar Buxarestdə baş tutacaq.
Report
Tətbiqimizi yükləyə bilərsiniz