BNA dövlət büdcəsinə getməli olan vəsaiti başqa yerə yönəldir? - RƏSMİ AÇIQLAMA - FOTO


"Bu günlərdə Kamil Piriyev istifadəçi adı ilə sosial şəbəkədə qeydiyyatdan keçən vətəndaş Bakı Nəqliyyat Agentliyinin ünvanına saxta maliyyə əməliyyatlarında ittiham xarakterli yazılar paylaşıb. Heç bir hüquqi əsası olmayan və cəfəng fikirlər müxtəlif şəxslər tərəfindən də internet səhifələrində paylaşılmaqdadır. Təəssüflər olsun ki, bəzi KİV-lər də məsələnin mahiyyətinə varmadan yanlışlığa qapanaraq bu absurd fikirləri əsas tutmaqla Bakı Nəqliyyat Agentliyinə qarşı yürüdülən çirkin kampaniyada yer alırlar".

Yeniavaz.com xəbər verir ki, bunu BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.
"Məsələ ilə bağlı nəzərinizə çatdırıram ki, dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması xidmətini təşkil edir və təxliyənin həyata keçirilməsinə nəzarət edir.

Bu məqsədlə əlaqədar Bakı Nəqliyyat Agentliyi 2016-cı ildə təsis edilmiş “Evakuator.az” MMC ilə bağlamış müqavilə əsasında Agentliyin səlahiyyətli şəxsləri tərəfindən aşkarlanan yolun hərəkət hissəsində dayanma-durma qayadasını pozaraq tıxac yaradan nəqliyyat vasitələri onların bilavasitə iştirakı ilə “Evakuator.az” MMC-yə məxsus təxliyə avtomobilləri ilə ərazidən mühafizə olunan duracağa daşınır.

Həmçinin xüsusilə qeyd edim ki, təxliyə xidməti üçün Tarif Şurasının müvafiq qərarı ilə müəyyən edilən 20 azn xidmət haqqı sürücülər tərəfindən bilavasitə nağdsız qaydada “Evakuator.az” MMC-nin bank hesabına köçürülür. “Evakuator.az” MMC müstəqil təsərrüfat fəaliyyətli müəssisə olduğundan onun bank hesablaşmalarına və digər bu tip əməliyyatlarına nəzarətin təşkili Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xaricindədir.

Daim Bakı Nəqliyyat Agentliyinə qarşı qərəzli və qeyri-obyektiv mövqedən çıxış edən bır sıra informasiya saytlarının heç bir araşdırma aparmadan, mətbuat xidmətinin mövqeyini öyrənmədən bu cür məlumatları yayması insanlar arasında çaşqınlıq yaratmağa xidmət edir. Məqsəd Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyat sistemində həyata keçirdiyi uğurlu islahatların üzərinə kölgə salmaq, məqsədli maneələr və vətəndaşlarda dövlət qurumuna qarşı inamsızlıq yaratmaqdır", -BNA sözcüsü qeyd edib.

Kamil Piriyev istifadəçi adı ilə sosial şəbəkədə qeydiyyatdan keçən vətəndaşın yazdıqlarını və paylaşdığı qəbzi olduğu kimi təqdim edirik:
"Bu qəbzi bir yaxın tanışda gördüm. Deməli BNA səhv yerdə paklanmış maşını cərimələyir və onu evakuatorla Qış parkının altındakı cərimə dayanacağna aparır. Evakusaiya xidmətini Evakuator.az MMC adlı innovativ bir şirkət həyata keçirir.
Sərgüzəşt 1. Cəriməni ödədikdən evakusaiya üçün olan ödəniş evakuasiya xidməti kimi deyil, hesabın möhkəmləndirilməsi kimi göstərilir. Guya sahibkar öz şirkətinin hesabındakı vəsaiti artırmaq üçün şirkətə pul qoyur. Səbəb isə həmin vəsaitin vergiyə cəlb olunmamasıdır.
Sərgüzəşt 2. Demək olar ki bu halla üzləşmiş sürücü qəbzdə nə yazıldığına diqqət etmir. Artıq suallar da vermir. Ta bir ayıq sürücü bunu sorğulayana kimi.
Sərgüzəşt 3. Ayıq sürücü fərqli mənzərəni görür və Evakuator.az MMC-yə iradını bildirir. Sonuncu isə şikayəti BNA-ya yönəldir. Niyə BNA. BNA axı cərimə ödənişini alır. Evakuasiya xidmətini müqavilə üzrə Evakuator.Az MMC göstərir.
Sərgüzəşt 4. BNA, eləmə tənbəllik və elə həyasızlıq, vətəndaşı çağırıb deyir ki, məsələni ictimailəşdirməyin. "Biz şadıq ki bizdə belə ayıq vətəndaşlar var...". Söz verirlər ki, məsələ 1 həftəyə həllini tapar. Amma 1 aydan çox vaxt keçib hələ də cavab yoxdur.
Sərgüzəşt 5. Elə bilirsiz, o gündən vəziyyət düzəlib. Qətiyyən. Elə əvvəlki qaydada davam edir.
PS. Qəbzdə vətəndaşın şəxsi məlumatları, qəbzin nömrəsi və tarixi BNA tərəfindən onun kimliyi müəyyən edilməməsi üçün gizlədilib".
 

DİGƏR XƏBƏRLƏR

Top