İraqda etiraz aksiyasında ölənlərin sayı 100-ü keçdi - FOTO


İraqda iqtisadi vəziyyətin pisləşməsi, özbaşınalıq, ictimai xidmətlərin yetərsizliyinə etiraz olaraq başlayan aksiya davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 6 gündür davam edən etiraz aksiyası nəticəsində ölənlərin sayı 100-ü keçib.
İraq Məclisinə bağlı İnsan Haqqları Kommisarlığıdan verilən yazılı məlumata görə, Bağdadda və ölkənin digər bölgələrində aksiya nəticəsində yaralananların sayı nümayişçilər və təhlükəsizik qüvvələrindən daxil olmaqla 5500 nəfərə yüksəlib.
Qeyd edək ki, oktyabr ayından başlayan aksiya Erbain mərasimləri ilə bağlı müvvəqəti dayandırılsa da cümə günü yenidən başlayıb.

Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top