
Pakistanda sərnişin daşıyan qatar yanaraq külə dönüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Pakistanın dövlət rəsmiləri tərəfindən verilən açıqlamada qatardakı yanğının kiçik qaz balonlarının partlaması ilə başladığı bildirilib. Nəticədə alov bütün vaqonları bürüyüb. Bəzi sərnişinlər yanaraq ölməmək üçün özlərini qatardan atıblar. 62 nəfərin dünyasını dəyişdiyi faciədə yaralananlar təcili xəstəxanaya çatdırılıb.
Ruslan Yusibov