Dünyada cərimə zərbəsindən ən çox qol vurmuş futbolçular – Siyahıda qapıçı da var


“Barselona”nın argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının 10-cu turunda “Real Valedolid”lə  görüşün 34-cü dəqiqəsində fərqlənməklə cərimə zərbələrindən vurduğu qolların sayını 50-yə çatdırıb.
Bu göstərici ilə Messi dünya futbol tarixində cərimə zərbələrindən fərqlənməklə 50 qol səddinə çatan 11-ci futbolçu olub.
Yeniavaz.com futbol tarixi ərzində cərimə zərbəsindən ən çox qol vuran futbolçuarı sizin diqqətinizə çatdırır.
1. Juniniyo Pernambukano 77 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Sport Do Resifi”, “Vasko De Qama”, “Olimpik Lion”, “Al-Qarafa”, “Nyu York Red Bulls”
2. Pele 70 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Santos”, “Nyu York Kosmos”
3. Ronaldinyo 66 qol. Oynadığı komandalar - Braziliya Milli Komandası, “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro”, “Fluminense”
4. Victor Leqrotaqli 66 qol. Oynadığı komandalar -  Argentina Milli komandası, “Gimnazia Esgqrima”, “Çakrita Cuniyors”, “Atletiko Argentina”, “Yuventud Alianza”, “Independiente Rivadavia”, “Amerikco Tesorieri”
5. Devid Bekhem 65 qol. Oynadığı komandalar -  İngiltərə Milli komandası, “Mançester Yunayted, “Preston Nort End”, “Real Madrid”, “Los Anceles Qalaksi”, “Milan”, PSJ
6. Maradona - 62 qol. Oynadığı komandalar -  Argentina Milli komandası , “Argentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Seviliya”, “Nyuels Old Boyz”
7. Artur Zico - 62 qol. Oynadığı komandalar -  Braziliya Milli Komandası, “Flamenqo”, “Udineze”, “Kaşima Antlers”
8. Ronald Kuman - 60 qol. Oynadığı komandalar -  Hollandiya Milli komandası, “Qroningen”, “Ayaks”, PSV, “Barselona”, “Feyenord”
9. Rocerio Seni 59 qol (qapıçı). Oynadığı komandalar -  Braziliya Milli Komandası, “Sinop”, “San Paulo”
10. Cristiano Ronaldo 54 qol. Oynadığı komandalar -  Portuqaliya Milli komandası, “Sportinq”, “Mançester Yunayted, “Real Madrid”, “Yuventus”
11. Lionel Messi 50 qol. Oynadığı komandalar -  Argentina Milli komandası, “Barselona”
 
Kənan Qədirli
 
 

DİGƏR XƏBƏRLƏR

Top