67 yaşlı qadın yenidən ana oldu - FOTO


Çində təbii hamiləliklə 67 yaşlı qadın yenidən ana olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Şandonq əyalətində 67 yaşında bir qadın çalışdığı xəstəxanada keysəriyyə əmaliyyatı ilə dünyaya qız uşağı gətirib.
Doğumda iştirak edən həkimlərdən biri olan Liu Çengven xəstənin yaşı ilə bağlı olaraq bir çox sağlamlıq problemləri olduğunu bildirib: “Yaşlı qadın hamiləliyi zamanı müxtəlif ağırlaşmalar yaşayıb lakin buna baxmayaraq o, çox şanslı olub”.
Belə ki, dünyaya gələn körpənin çəkisinin 2.56 kiloqram olduğu bildirilib. Valideynəri körpələrinə “cənnətən göndərilən hədiyyə” mənasını daşıyan “Tianci” adını veriblər.
Cütlüyün bu körpədən başqa biri qız və bir oğlan olmaqla 2 uşaqları, bir neçə nəvələri də var.
Tian və Huang ailədə hər kəsin bu körpənin olmasına qarşı çıxdıqlarını bildiriblər: “Qızım, bu körpəni dünyaya gətirərəmsə, bizimlə bütün əlaqələrini kəsəcəyini söyləyib”.
Qeyd edək ki, Tianın Çində dünyaya  uşaq gətirən ən yaşlı qadın olduğu hesab edilir.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top