Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olunub

Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.
Yeniavaz.com xəbər verir ki, yeni naziri kollektivə Azərbaycanın Baş naziri Əli Əsədov təqdim edib.
Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top