İraqda itkin düşən azərbaycanlı zəvvar ölüb - SƏBƏB/VİDEO

"Ərbəin" günü (qırxıncı gün) Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlunun ölməsi dəqiqləşib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə baku.ws-ə mərhumun qardaşı Şakir Yusifov məlumat verib. 
Onun sözlərinə görə, qardaşı Yusifov Davər ürək tutmasından İraqda dünyasını dəyişib.
Qeyd edək ki, İmişli rayon Buludlu-Boşcallar kəndinin sakini olan D.Yusifov zəvvarlarla birgə Kərbəla şəhərinə getsə də, 20 oktyabr tarixində qəfil yoxa çıxıb.
Hadisəyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də rəsmi münasibət bildirilib. Qeyd olunur ki, Yusifov Davər Qəfər oğlu rəsmi təyinatı olan din xadimi olmayıb, itkin düşən zəvvarın axtarılmasından ötrü İraq hüquq-mühafizə orqanlarına da müraciət edilib.

DİGƏR XƏBƏRLƏR

Top