Ronaldonun “İnstagram” qazancı “Yuventus”dakı maaşını keçdi


Kristiano Ronaldo dünyanın ən çox pul qazanan idmançılarından biridir.
O, gəlirlərini tək futboldan deyil eyni zamanda reklam və sponsorluqlardan da əldə edir.
Ronaldonun ən çox gəlir əldə etdiyi sahələrdən biri də “instaqram” sosial şəbəkəsidir.
Yeniavaz.com xəbər verir ki, “Hopper HQ” beynəlxalq monitorinq şirkətinin araşdırmasına görə  187 milyon izləyicisi olan portuqaliyalı ulduz il ərzində “instagram” hesabından 47.8 milyon dollar qazanır.
Bu da ulduz futbolçunun hazırda çıxış etdiyi “Yuventus” klubundan aldığı maaşdan çoxdur.
Turin təmsilçisi Ronaldoya ildə 34 milyon dollar ödəyir.
Ronaldodan sonra “instaqram”dan ən çox gəlir əldə edən ulduzlar arasında “Barselona”nın argentinalı ulduzu Lionel Messi (134 milyon izləyici), amerikalı model Kayli Cenner (149 milyon izləyici), amerikalı aktrisa və müğənni Selena Qomez (158 milyon izləyici) və ingiltərəli aktirsa və model Emili Ratakovski var.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top