ABŞ-da erməni dələduzun inanılmaz fırıldağı üzə çıxıb


ABŞ-ın Kaliforniya ştatının erməni əsilli sakini - 32 yaşlı Qraçya Atoyan 3-10 min dollar qarşılığında Ermənistan vətəndaşlarını ABŞ vizası ilə təmin edirmiş.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, Qraçya Atoyan qurduğu cinayətkar şəbəkənin "sirlərini" etiraf edib. 
Qraçya Atoyan "Big Apple Music Awards" adlı Fond təsis edərək saxta sənədlər vasitəsilə ABŞ-ın müvafiq qurumlarını aldatmağa nail olub. Cinayətkar qrup kağız üzərində "musiqi festivalları" təşkil edir və həmin festivallarda iştirak etmək üçün guya Ermənistandan rəqs qrupları gətirirmişlər. Əslində isə bu şirkət ABŞ-da heç bir musiqi festivalı keçirmir. Ermənistandan rəqqas və musiqiçi  adı ilə gətirdiyi şəxslərdən isə 3-10 min dollar arasında pul alırmışlar.
ABŞ-ın müvafiq qurumlarından viza ala bilmək üçün "rəqs səhnələri", "konsertlər", hətta saxta afişalar düzəldiblər. ABŞ-a aparacaqları insanlara rəqqasə paltarı geyindirərək saxta fotosessiyalar da təşkil ediblər.
 
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top