Ata övladının müalicəsi üçün yığılan məbləği götürərək əyləncəyə xərclədi – Kömək gözləyən uşaq öldü


Braziliyada ata xəstə uşağı üçün yığılan pulun bir hissəni götürərək əyləncəyə xərcləyib və nəticədə uşaq dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “pleno.news” saytı məlumat yayıb. Məlumata görə, ata Mateus Alves və anası Karin Rodriqez yeddi aylığıdan ağır diaqnoz qoyulduğu övladlarının müalicəsi üçün 2018-ci ildən pul yığmağa başlayıblar. Övladlarının müalicəsi üçün lazım olan dərmanın hər dozası 90.5 min dollara başa gəlirdi. Dərman nə qədər baha olsa da xəstəliyin qarşısını almaq üçün yeganə çarə olub. Bildirilir ki, ailə bir il ərzində sosial şəbəkələrdən 248 min dollar toplaya biliblər.

Ailə topladıqları məbləği 4 hissəyə bölərək müxtəlif hesablara qoyub.  Lakin bu ilin may ayından etibarən ata iş adından evdən çıxaraq, evə gec-gec gəlməyə başlayıb. Ana K.Rodriqez bir dəfə hesabdan böyük miqdarda pul çıxdığını hiss edərək polisə müraciət edib.
Ananın şüphələrindən sonra polis axtarışa keçib və 37 yaşlı atanı “Mateus Enrique Leroy Alves” adlı lüks bir oteldə tutaraq həbs edib. Araşdırma nəticəsində məlum olub ki, ata iki ay ərzində əyləncə məqsədi ilə 150 min dollar xərcləyib. Onun pulları brend geyimlərə, saatlara, narkotiklərə, yeməyə və eləcə də fahişələrə xərclədiyi məlum olub. 
Qeyd edək ki, xəstə oğlan bu ərəfələrdə dövlətdən bir doza dərman almaq üçün yardım gözləyərkən 17 oktyabrda öz evində dünyasını dəyişib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top