Braziliyada zərərli böcəklərdən qurtulmaq istəyən şəxs evinin bağçasını partladıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyada 48 yaşlı adamın həyətini hamam böcəkləri basıb. Həmin şəxs böcəklərdən qurtulmaq üçün qəribə metoda əl atıb. Həyətdə dərin çuxur qazaraq içərisinə benzin töküb. Yandırdığı kibriti quyunun içərisinə atanda isə gözləmədiyi hadisə ilə rastlaşıb. Yaşıl otlarla əhatələnmiş həyətdə partlayış baş verib. Nəticədə torpağın altı üstünə çevrilib.
Ruslan Yusibov