Xatirə: “Oxuya bilmir, necə “Əməkdar artist” oldu?” - VİDEO


Müğənni Xatirə İslam “Əməkdar artist” adını alan bəzi müğənniləri lağa qoyub.
Yeniavaz.com xəbər verir ki, müğənni bu barədə "Show news" verilişində məlumat verib.
O, sənətdə ondan zəif olan müğənnilərin “Əməkdar artist” adını aldıqlarından gileylənib: "19 ildir peşəkar səhnədəyəm. İlk konsertimi 2000-ci ildə Heydər Əliyev Sarayında vermişəm. Hələ də hər ay Türkiyəyə gedib, səs dərsləri alıram. Mənim sənətimə söz demək istəyən insan, gərək musiqini məndən çox bilsin. Görürəm ki, sənətdə məndən zəif olan "Əməkdar artist" adı aldı. Oxuya bilmir, necə oldu? Bunları görəndə küsürəm, efirə də çıxmıram”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top