
Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Seyidzadə “Şərəf” ordeni ilə təltif edilib.
Məlumat üçün bildirək ki, Dilarə Seyidzadə 1939-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur.
Dilarə Seyidzadə 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini - Prezidentin köməkçisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Onu da bildirək ki, Dilarə Seyidzadə eyni zamanda "El" Hərəkatının keçmiş sədri Eldar Namazovun xalasıdır. (1993-1999-cu illərdə Eldar Namazov Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə,) 2001-ci ilin martından “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidentidir.
İlkin Uğur
Tətbiqimizi yükləyə bilərsiniz