Bakıda sahibkar baş həkimi döyüb - TƏFƏRRÜAT


Bakıda iranlı həkimin döyülməsi ilə bağlı təfərrüatlar məlum olub. 

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: "Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəd oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib. 

***10:00
Bakıda iranlı həkim döyülüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behram Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün  həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.
Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top