12 siyasi partiyaya 3 milyon manat pul ayrıldı - TAM SİYAHI


Gələn il Azərbaycanda dövlət büdcəsindən siyasi partiyalara ayrılacaq maliyyə vəsaitinin məbləği müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.
Məlumat üçün bildirək ki, ayrılacaq vəsaiti yalnız Milli Məclisdə təmsilçisi olan siyasi partiyalara veriləcək.  Hazırda rəsmi dövlət qeydiyyatında olan 55 siyasi partiyadan yalnız 12-nin Milli Məclisdə təmsilçisi olduğu üçün maliyyə vəsaiti də onlara çatacaq.
Onu da bildirək ki, maliyyə vəsaiti siyasi partiyaların Milli Məclisdə təmsilçilərinin sayına görə bölünür.  Milli Məclisdə ən çox  Yeni Azərbaycan Partiyası (YAP) təmsil olunduğu üçün ayrılan vəsaitin təxminən yarısı bu partiyaya veriləcək:
Dövlət büdcəsindən vəsait alacaq partiyalar bunlar olacaq:
1. Yeni Azərbaycan Partiyası
2. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
3. "Ana Vətən" Partiyası
4. Vətəndaş Həmrəyliyi Partiyası
5. Azərbaycan Sosial Demokrat Partiyası
6. Azərbaycan Sosial Demokrat Partiyası
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası
8. Azərbaycan Sosial Rifah Partiyası
9. Azərbaycan Sosial Demokrat Partiyası
10. Vəhdət Partiyası
11. Böyük Qurtuluş Partiyası
12. Azərbaycan Demokratik İslahatlar Partiyası

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top