Şəmkirdə itkin düşən qadının anası: Qızım yoxa çıxmamışdan bir neçə saat əvvəl... - VİDEO

Bir neçə gün öncə Şəmkir rayonunda 25 yaşlı qadının itkin düşməsi ilə bağlı məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, Sabirkənd kənd sakini, iki uşaq anası olan 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızı 17 oktyabr tarixində saat 11 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Oxu.az saytının əməkdaşları hadisə baş verən ünvanda olub və məsələni onun ailəsindən öyrənməyə çalışıb.
25 yaşlı Gülnar Tanrıverdiyeva günorta saatlarında itib. Gülnarın anası Elmira Alırzayevanın sözlərinə görə, o, itkin düşməmişdən bir neçə saat əvvəl anasıgilə gəlib:
“Qızım yoxa çıxmamışdan bir neçə saat əvvəl bizə gəldi. Bir müddət oturandan sonra dedi ki, evimdə işim qalıb və getdi. Günorta saatlarında isə kürəkənim mənə zəng edib Gülnarın bizdə olub-olmadığını soruşdu. Mən də onun artıq bizdən getdiyini bildirdim. Qızımı görənlərdən xahiş edirəm, bizə və polisə məlumat versinlər”.
Qeyd edək ki, Gülnar Tanrıverdiyeva iki uşaq anasıdır. Qadın əsəb xəstəliyindən əziyyət çəkdiyindən Bakıda və Şəmkir rayonunda müalicə olunub.
Əlavə məlumat üçün bildirək ki, o, evdən çıxarkən əynində qara şalvar, yasəmən rəngli kofta olub. Qadını görənlərdən polisə məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top