Tofiq Yaqublu ilə bağlı YENİ XƏBƏR


Tofiq Yaqublunun ailəsi Ombudsmana müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.
O, bildirib ki, Ombudsmandan cavab gözləyirlər: "Mən Ombudsman Aparatına zəng etdim və Elmira Süleymanovanın özü ilə danışa bilməsəm də, müraciətimi qeydiyyata aldılar. Bizim istəyimiz odur ki, Tofiq Yaqublunu ailə həkimimiz Adil Qeybulla yenidən müayinə etsin. Həmçinin, mənim onunla görüşməyimə icazə verilməyib. Buna şərait yaradılmasını tələb edirəm. Hazırda Ombudsman Elmira Süleymanovanın məsələyə reaksiyasını gözləyirik".
Qeyd edək ki, Tofiq Yaqublu Milli Şuranın Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birlikdə oktyabrın 19-da keçirdiyi mitinqdə iştirak etdiyinə görə saxlanılıb. Ona 30 sutka həbs cəzası verildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top