Azərbaycanda pensiya yaşına çatmış yüksək vəzifəli məmurların SİYAHISI


Dünən baş nazir müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovun tutduqları postu tərk etməsi və Prezident İlham Əliyevin “Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq” deməsi təqaüd yaşına çatmış digər məmurların da işdən çıxarılmasını gündəmə gətirib.
Yeniavaz.com məsələnin aktuallığını nəzərə alaraq Əli Həsənov Hacıbala Abutalıbovdan başqa pensiya yaşına çatmış digər məmurların siyahısını təqdim edir:
Siyahıya ilk olara Azərbaycan Səhiyyə naziri Oktay Şirəliyevlə başlayaq. 1950-ci il doğumlu Oktay Şirəliyevin 69 yaşı var. Azərbaycanda təqaüd yaşı isə 64 il 6 ay müəyyən edilib.
İkinci sırada Prezident Admnistrasiyasının  rəhbəri, akademik Ramiz Mehdiyev gəlir. 1938-ci il təvəllüdlü R.Mehdiyevin 81 yaşı var. 
Baş nazirin birinci müavini Yaqub Eyyubov da pensiya yaşına çatmış məmurlardandır. Yaqub Eyyubovun 74 yaşı var.
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da pensiya yaşını çoxdan ötənlər siyahısında iştirak edir. Onun 66 yaşı var.
Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun 71 yaşı var. 
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadənin isə 85 yaşı var.
Ədliyyə naziri Fikrət Məmmədovu isə pensiya yaşından bir neçə ay ayırır. Bu ilin iyun ayında Fikrət Məmmədovun 64 yaşı tamam olub.
64-də aşağı yaş olan nazirlərin siyahısını təqdim edirik:
- Mədəniyyət naziri Əbülfəs Qarayev - 63 yaş
- Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev - 61 yaş
- Müdafiə naziri general-polkovnik Zakir Həsənov - 60 yaş
- Xarici işlər naziri Elmar Məmmədyarov - 59 yaş
- Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov - 58 yaş
- Maliyyə naziri Samir Şərifov - 58 yaş
- Gənclər və idman naziri Azad Rəhimov - 55 yaş
- İqtisadiyyat naziri Şahin Mustafayev  - 54 yaş
- Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev - 52 yaş
- Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov - 51 yaş
-  Energetika naziri Pərviz Şahbazov - 50 yaş
- Təhsil naziri Ceyhun Bayramov - 46 yaş
- Vergilər naziri Mikayıl Cabbarov -  43 yaş
- Kənd təsərrüfatı naziri İnam Kərimov - 42 yaş
- Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə - 42 yaş
- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - 39 yaş
 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top