ABŞ-da polisə bıçaqla hücum edən şəxs belə güllələndi - VİDEO


Şübhəlini həbs etmək istəyən polis həmin şəxsə dəfələrlə atəş açıb.
Yeniavaz.com “nypost.com”a istinadla xəbər verir ki, ABŞ-ın Corciya ştatında sakinlərin şikayəti ilə binaların qarşısında şübhəli hərəkətlər edən şəxs zərərsizləşdirilib. Hadisə polisin yaxa kamerası tərəfindən anbaan qeyd edilib. Polis binaların arasında gizlənən şübhəlinin yanına gedərək silahını ona tərəf doğruldaraq yerə yatmasını əmr edib. Ancaq şübhəli iti addımlarla hadisə yerindən uzaqlaşmağa başlayıb. Polis şübhəlinin arxasınca gedərək təslim olmağa çağırıb. Şübhəli şəxs polisin ona yaxınlaşdığı vaxt iri bıçaqla hücum edib. Bunu görən polis əlindəki silahla həmin şəxsi güllələyib. Yerə yıxılan adam ağır yaralı olaraq xəstəxanaya çatdırılıb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top