Bakıda avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib. Tıxac olduğundan avtobusun sürücüsü yolun əks istiqamətinə çıxıb.
Yeniavaz.com “xezerxeber.az”a istinadən xəbər verir ki, sürücü kobud qayda pozuntusu edərək qarşısından gələn nəqliyyat vasitələrinə mane olub.
Kadrlar ötən gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, Beynəlxalq Avtovağzal istiqamətinə çıxan yolda çəkilib. Avtobus sürücüsünün bu hərəkəti digər sürücülərə də çətin anlar yaşadıb.
Xətt nəzarətçisi bildirir ki, sözügedən kadrlardan xəbərsiz olublar. Buna baxmayaraq, həmin sürücü müəyyən ediləcək və daşıyıcı şirkət tərəfindən cəzalandırılacaq.
Məsələ ilə bağlı Baki Nəqliyyat Agentliyindən bildirildi ki, həmin kadrlar əsasında daşıyıcı şirkətin nümayəndəsi Agentliyə çağırılacaq və lazımi tədbirlər görüləcək.