
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Yeniavaz.com AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
“Ludoqorets”–“Espanyol” futbol oyunu oktyabrın 24-də Bolqarıstanda keçiriləcək.