
Səudi Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ingilis komandası “Mançester Yunayted”i satın almaq üçün 3.5 milyard avro (təxminən 7 milyard azn) pul təklif edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, vəliəhd Məhəmməd ibn Salmanın 3.5 milyard avroluq təklifi rədd edilib.
Mütəxəssislər "Mançester Yunayted"in satış qiymətinin minimum 4 milyard avro olduğunu bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” komandasını 2005-ci ildə satın alan Qlazer ailəsi, komadanı heç bir təklifə satmayacaqlarını bildirib.
Lalə Cəfərova