Türkiyədə yerinə qəyyum təyin edilən bələdiyyə sədri saxlanıldı


31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində HDP-dən (Xalqların Demokratik Partiyası) Diyarbəkir vilayətinə bələdiyyə sədri seçilən Səlcuq Mızraklı polis tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə onun vəkili Mehmet Emin Aktar "Twitter" səhifəsində məlumat verib. Vəkil S. Mızraklının hazırda davam edən istintaqa görə məsuliyyətə cəlb edildiyini bildirib.
Xatırladaq ki, S. Mızraklı avqustun 19-da Mardin vilayətinin bələdiyyə sədri Ahmet Türk və Van vilayətinin bələdiyyə sədri Bedia Özgökce Ertan ilə birgə tutduğu vəzifədən azad edilmişdi.
Qeyd edək ki, vilayətin Kayapınar rayonunun bələdiyyə sədri Kezban Yılmaz və Bismil rayonun bələdiyyə sədri Orxan Ayaz da eyni səbəblə saxlanılıblar. Hər iki bələdiyyə sədri də Xalqların Demokratik Partiyasından (HDP) seçilmişdilər.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top