Azərbaycanda ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verildi


“AzərTelekom” MMC-də strategiya üzrə müşavir vəzifəsinə təyinat olub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu vəzifə Azər Bayramova həvalə edilib.

O, bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 

Xatırladaq ki, "AzerTelecom" 2008-ci ildə yaradılıb, Azərbaycanın aparıcı telekommunikasiya operatorudur. Onun nizamnamə kapitalı 5 231 578 manatdır.

DİGƏR XƏBƏRLƏR

Top