Bakının mərkəzində İlqar Məmmədovun iştirakı ilə aksiya keçirilir: Polis müdaxilə edir - VİDEO

Bu gün, oktyabrın 20-də Bakının mərkəzində, Natavanın heykəli önündə “qadına şiddətə son”, “qadına şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilir.
Əllərində müxtəlif şüarlar yazılşmış plakatlar olan aksiya iştirakçıları qadınlara şiddətin əleyhinə olduqlarını bildiriblər. Aksiya yerinə polislər gəlib. Onlar aksiya iştirakçılarının əlində olan plakatları alaraq cırıblar. Aksiya iştirakçılarından saxlanıb, aparılanlar da olub.
Aksyadan əvvəl yayılan bəyanatda qeyd edilir ki, onlar Azərbaycanda baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara etiraz edirlər.
“Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik.”, deyə bəyanatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top