Məhkəmə Tofiq Yaqublu, Seymur Həzi və Rüfət Səfərov barədə qərar verib


Dünən Milli Şuranın "28 may" metrostansiyasının qarşısında aksiya keçirmək cəhdinin qarşısı alınarkən saxlanılan bəzi şəxslər barəsində məhkəmə qərar qəbul edib.
Yeniavaz.com saxlanılan şəxslərin yaxınları tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumatlara istinadən bildirir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həziyə 15 gün, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi  Rüfət Səfərovun hər birinə 30 gün inzibati həbs cəzası verilib.

DİGƏR XƏBƏRLƏR

Top