Dünyanın ən böyük 10 məbədi - FOTOLAR

Keçmişdən  bu günə qədər memarlıq abidələri içərisində məbəd tikililəri əsas yer tutur.
İnsanlar məbədlərdən dini və mənəvi fəaliyyətlər üçün istifadə edirlər.
Qərb mədəniyyətində bu tikililər kilsə, şərqdə isə məbəd adlandırılır. Məbədlər insanların müqəddəs saydıqları yerlərdə inşa edilir.
Yeniavaz.com xarici KİV-ə istinadən dünyada həcminə görə ən böyük məbədlərin sizə təqdim edir.

Angkor Vat

Angkor Vat məbədi Kmer imperatorluğuna məxsus məbəd kompleksidir. Məbəd 3 qalareyadan ibarətdir. 2 qalereya bir-birinə bağlı digəri isə ayrı yerləşir. Məbədin hündürlüyü 65 metrdir.

Karnak (Büyük Hipostil Salonu)

Bu məbəd Misir inşaatçılarının tikdiyi ən böyük qədim məbəd kompleksidir.  O 16 sıra olmaqla 134 sütundan tikilib. Məbədin hündürlüyü 24 metr, ümumi sahəsi isə 5000 m²- dir.

Borobudur

Məbəd İndoneziyanın Yava adasında yerləşir. İnşası 75 il sürən məbədin tikilməsində təxminən 2 milyon daş blokdan istifadə olunub. Məbəd alt, orta və üst hissədən ibarət olub. Məbədin günbəz döşəməsinin hündürlüyü 35 metrdir.

Akşardham Məbədi

Məbəd 2005-ci ildə BAPS dini qurumu tərəfindən tikilib. Məbədin bəzədilməsinə böyük xərc sərf olunub. Məbəd çəhrayı qumdaşı və İtalya Carrrara mərməri ilə inşa edilib.

Sri Ranganathasvami məbədi

Məbəd Lord Ranganathanın şərəfinə tikilib. Məbəd 631000 m² ərazini əhatə edir. Məbədin ilk tikilisinin tarixi çox qədimdir. Tikililər arasında ən böyüyü olan Rajagopuramın 21 qülləsi var. 73 metr hündürlüyündə olan bu məbədin tikilməsi 1987-ci ildə başa çatıb.

Jetavanarama

Şri-Lanka şəhərində yerləşən Jetavanarama həcminə görə, dünyanın ən böyük tikilisidir. Məbəd Kral Mahasena tərəfindən tikilib və tamamlanması 15 il alıb. Məbədin tikilməsində 93.3 milyon bişmiş kərpicdən istifadə olunub. Məbədin gümbəzinin diametri 95 metr hündürlüyü isə 122 metr olub.

Tikal Məbədi  (IV Məbəd
)
Tikal şəhəri Mayyanın ən böyük şəhərlərindən biri olub. Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli ehram, üzərlərində isə məbəd yerləşir. Bu məbədlərdən ən böyüyü IV Məbəd hesab olunur. Bu məbədin hündürlüyü 72 metrdir.

Saint Sava Məbədi

Serbiyanın paytaxtı Belqradda yerləşən Saint Sava Məbədi dünyanın ən böyük Pravoslav kilsəsidir. Kilsənin inşasına 1985-ci il ildə başlanılıb və 2004-cü ilə qədər böyük bir hissəsinin tikilməsi başa çatıb. Bu məbəd Serb dilində “hram” adlanır. Məbədin uzunluğu  91 metr, eni 81 metrdir. Məbədin birinci mərtəbəsi  3500 m² ərazini əhatə edir.

İsa Məbədi

Moskvanın ən böyük məbədi olan İsa Məbədinin qısa, amma mübahisəli tarixi var. Tikilişinə Napolyonun məğlub olmasından sonra başlanılıb, lakin yarımçıq qalıb. 1990-cı ildə Rus Pravoslav kilsəsi Katedrali yenidən tikinti üçün icazə alıb. Məbəd yeni materiallarla 2000-cı ildə tikilib. Hündürlüyü 105 metr olan məbəd dünyadakı ən uzun məbədlərdən biri hesab olunur.

Bəəlbək

Bəəlbək şimal qərbi Livanda ən möhtəşəm məbəddir. Eramızdan əvvəl romalılar burada 200 illik bir dövrdə 3 məbəd inşa ediblər: Yupiter, Baküs və Venera. Roma imperatorluğunun ən böyük məbədi olan Yupiter məbədi 54 qranit sütun üzərində tikilib. İndi bu sütunlardan yalnız 6 ədədi qalıb. Ərazidə mühafizə olunan məbədlərdən biri də Bacchus məbədidi. Bu məbədin uzunluğu 69 metr eni, 36 metr, sütunlarının uzunluğu isə 19 metrdir.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top